MƏRKƏZİ NƏBATAT BAĞININ ELMİ ƏSƏRLƏRİ

Elmi jurnal

ISSN 2222-7849

.

Müəlliflər üçün

 Müəlliflər bilməlidir ki, AMEA MƏRKƏZİ NƏBATAT BAĞININ ELMİ ƏSƏRLƏRİ jurnalının redaktorları məqalə təqdim edilməzdən öncə onun uyğunluğuna dair yazışmada iştirak etməyəcəklər.

Ödəniş

Bu jurnal üçün heç bir ödəniş edilməyəcək.

Başlamazdan əvvəl

Nəşr və Etik təlimatlarla bağlı əlavə məlumat üçün (http://proceedingscbg.az/az/ethics-statement/) linkdən istifadə edin.

Maraqların ziddiyyəti

Müəlliflərdən işlərinə müvafiq olmayan şəkildə təsir göstərə bilən hər hansı bir faktiki və ya potensial maraq ziddiyyətini, o cümlədən digər insanlarla və ya təşkilatlarla maliyyə, şəxsi və ya digər münasibətlərini açıqlaması təklif edilir.

Təqdimat bəyanatı

Məqalənin təqdim edilməsi o deməkdir ki, təsvir olunan iş əvvəl nəşr olunmayıb (nəşr olunmuş tezis, mühazirə və ya akademik dissertasiya istisna olmaqla) və digər yerdə nəşr üçün nəzərdə tutulmur.

Dil

Məqalə azərbaycan, rus dilində təqdim edilməlidir.

Təqdimat

Jurnala məqalə aşağıda göstərilən onlayn internet səhifəsi vasitəsilə təqdim ediləcəkdir: (http://proceedingscbg.az). 

Standart indekslərdən və ya kodlardan (məsələn, UOT, PACS tipli) istifadə edilməsi

UOT indekslərdən istifadə olunur

Hazırlıq

Məqalələrin formatına qısa və ümumi tələblər:

  1. Mərkəzi Nəbatat Bağının direktorunun adına məktub.
  2. Məqalələr  bir mütəxəssis rəyi ilə birlikdə qəbul edilir.
  3. Məqalələrin mətni Times New Roman-12 şriftindilə 1 intervalda yığılmalı, 5-6 səhifədən artıq olmamalı, çap və elektron formada təqdim edilməlidir.
  4. Səhifələrin kənarındakı boş sahələr aşagıdakı qaydada olmalıdır:

         Yuxarıdan - 2 sm, aşağıdan – 2 sm, soldan – 2 sm, sağdan – 2 sm

  1. Hər bir məqalənin yuxarısında dövrü nəşrin adını, ilini, cildini, məqalənin başlanğıc və son səhifələrini bildirən başlıq olmalıdır (redaksiya heyəti  tərəfindən icra olunur).
  2. Məqalənin əvvəlində, solda UOT göstərilir.
  3. Məqalənin adı 12 şrifti ilə böyük hərflərlə yazılır.
  4. Müəlliflərin adı və soyadı kiçik hərflərlə 12 şrifti ilə yazılır.
  5. Məqalədə müəllifin işlədiyi müəssisənin ünvanı və müəllifin elektron poçt ünvanı 10 şrifti ilə yazılır.
  6. Məqalənin qısa xülasəsi yazıldığı dildə 10 şrifti ilə, kursivlə verilir.
  7. Xülasənin altında “Açar sözlər” 10 şrifti ilə verilir.
  8. Məqalənin əsas hissəsi (giriş, ədəbiyyat xülasəsi, material və metodika, nəticələr, cədvəllər, diaqramlar, şəkillər)
  9. Mətndə ədəbiyyatlar ardıcıllıqla [ 1]  nömrələnməlidir.
  10. İstifadə olinan ədəbiyyatın 60%-dən  çoxu son 10 ilin ədəbiyyatını əhatə etməlidir.
  11. Ədəbiyyat siyahısında əvvəlcə azərbaycan, türk, sonra rus, ingilis və s. əlifba sırası ilə verilir. Ədəbiyyat siyahısı AAK-ın qaydalarına  müvafiq hazırlanır.
  12. Dərc olunduğu dildən əlavə başqa iki dildə məqalənin xülasəsi verilir. Hər bir xülasədə məqalənin adı, müəlliflərin adı və açar sözlər verilməlidir.

Məqalələrin formatına tələblər (detaylı):

Wordprocessor (mətn prossesoru) proqramından istifadə: fayllar word.doc formatında saxlanmalıdır. Məqalənin mətni “Times New Roman” 12 şrifti, vərəqin hər tərəfdən (sağ-sol, aşağı-yuxarı) 2 sm yer buraxılmaqla tərtib edilməlidir.  Sətirarası intervalı 1.5 olan səhifələrin ümumi sayı tədqiqat qeydləri/qısa məlumat üçün 5 səhifədən az, tədqiqat və icmal məqalələr üçün 7 səhifədən çox olmamaqla qəbul edilir. Baş redaktor əlyazma təqdim edildikdən sonra əlyazmanın növünü dəyişdirə bilər. Mətn bir sütunlu olmalıdır. Əksər format işarələri məqalə ilə işləyən zamanı kənarlaşdırılmalıdır. Xüsusi ilə mətnin kənarlarını bərabərləşdirmək (Ctrl+J) və ya sözləri keçirtmək üçün wordprocessor xüsusiyyətlərindən istifadə etməyin. Lakin yağlı şrift, kursiv, üst və alt yazı (x2, x2)  istifadə edin. “Qrafiki düzəldilmiş” formul və ya cədvəllərdən istifadə etməyin. Bunları wordprocessor-dan istifadə edərək hazırlayın.

Səhvlərə yol verməmək üçün wordprocessor –un "spell‐check" və "grammarcheck" funksiyalarından istifadə etmək tövsiyə olunur.

Yarım-başlıq –nömrələnmiş hissələr

Məqalənizi aydın müəyyən olunan yarım-başlıqlara ayırın, lakin yarım-bölmələr nömrələnməməlidir.

Giriş

İşin məqsədini göstərin və əsaslandırın.

Material və metodlar

Nəşr olunmuş metodlara istinad edilməlidir: yalnız müvafiq dəyişikliklər təsvir edilməlidir. Bütün materiallar digərləri üçün əlçatan olmalıdır. Kommersiya mənbələri təsbit edilməli, şəxsi tədqiqatlar nəticəsində əldə olunan materiallar dərc edilməzdən əvvəl patentləşdirilməli və bütün herbarium nümunələri və kulturalar, ştammlar və ya formalar digərləri tərəfindən əldə edilə biləcək uyğun herbarium və kultura kolleksiyasında depozit edilməlidir. Bütün sekvenslər GenBank-a, ardıclıllaşdırmalar isə TreeBASE-ə yerləşdirilməlidir. Müəllif tələb olduğu halda rəyçini ardıcıllıqlarla (alingment) təmin etməlidir.

Nəticə və müzakirə

Nəticələr aydın və lokanik olmalıdır. Müzakirə nəticələrin təkrarı olmamalı və işin əhəmiyyəti göstərilməlidir.

Yekun

Tədqiqatın əsas nəticələri ayrıca Yekun bölməsi olaraq təqdim edilə bilər.

Başlıq

Başlıqlar qısa və məlumat xarakterli olmalıdır. Mümkün olan yerlərdə abbreviaturalar və formuladan istifadə etməyin. Məqalənin qısa başlığı da təmin edilməlidir.

Müəllif adları və təşkilatlar

Ad və soyadı aydın şəkildə qeyd edin. Adların altında müəlliflərin işlədiyi təşkilat ünvanlarını (faktiki işin görüldüyü yer) qeyd edin. Bütün təşkilatları və ünvanları müəllifin adından sonra göstərin.

Yazışma aparan müəllif

Müraciət, nəşr və nəşrdən sonrakı mərhələlərdə yazışmaları aparacaq şəxsi aydın şəkildə göstərin və elektron poçt ünvanını qeyd edin.

Açar sözlər

Tezisdən dərhal sonra minimum  5-7 açar söz və ya ifadə əlavə edin. Xüsusi isimlərdən başqa bütün isimlər kiçik hərflə yazılır. Akronimlərdən istifadə etməyin. Açar sözlər başlığı təkrar etməməlidir.  Azərbaycan, rus, ingilis dillərində yazılmalıdır.

Abbreviaturalar

Məqalənin ilk səhifəsində qoyulacaq alt yazıda bu sahədə standart olmayan abbreviaturaları qeyd edin. Abbreviaturalardan istifadə bütün məqalə üzrə təmin edilməlidir. Məqalənin başlığı və ya abstraktda hər hansı bir abbreviaturalardan istifadə tövsiyə olunmur.

Minnətdarlıq

Tədqiqat işinə yardım edənləri (dil köməyi, yazı, məqaləni tənqidi oxumaq və s.) qeyd edin. Maliyyə təşkilatlarının adları tam yazılmalıdır.

Riyazi formula

Word proqramının Equation (düstur) funksiyasından istifadə edin.

Alt yazılar

Alt yazılardan minimum dərəcədə istifadə edilməlidir. Onları məqalədə ardıcıl şəkildə ərəb rəqəmləri (superscript, x2) ilə nömrələyin.

Cədvəl alt yazıları

Adı aydın şəkildə cədvəlin üstündə göstərin. Hər bir alt yazı cədvəlin içərisində işarə (*) və ya nömrə (1, 2, 3) ilə qeyd edilməlidir.

Cədvəl və şəkillər

Cədvəllər istisna olmaqla bütün təsvirlər (şəkillər, cizgilər, qrafiklər və s) “Şəkil” kimi qeyd edilməlidir.

Bütün şəkillərdə başlıq olmalı və nömrələnməlidir (məsələn, cədvəl 1, şəkil 2). ×, μ, η, or ν kimi simvollardan istifadə edildiyi halda, onlar Times New Roman şriftində Word proqramının simvol menyusundan istifadə edərək əlavə edilməlidir. Bütün cədvəllər və şəkillər, o cümlədən alt-şəkillər ardıcıl nömrələnməlidir. Məsələn şəkil 2a, 2b və 2c şəkil 3-dən əvvəl ardıcıl şəkildə nömrələnməlidir. Mətnin içərisində şəkillərə istinad edərkən böyük hərflə qeyd edin (Fig. 2). Cədvəl və şəkillər mətnin içərisində deyil, istinadlardan sonra yalnız mətnin sonunda verilməlidir. Şəkillərin eni 16sm olmaqla rezolusiyası 118 piksel/sm-dən az olmamalıdır. Şəkillər 600 dpi-dən az olmayan rezolusiya ilə hazırlanmalı, jpeg və ya tiff formatında saxlanmalıdır. Qrafiklər və diaqramlar 1 qalınlıqlı xətlə çəkilməlidir. Sxem, diaqram və ya cizgi formasında olan şəkillər dəyişdirilə bilən formatda təqdim edilməlidir. Şəklin çəkildiyi proqramda “save as” variantı varsa, o zaman bu *.tiff və *.jpeg və ya *.pdf kimi yaddaşda saxlanmalıdır. Bütün cədvəllər üçün Word proqramının “Create Table” funskiyasından istifadə edin. Cədvəllər hər biri ayrı vərəqdə, iki interval ilə aydın şəkildə tərtib edilməlidir. Cədvəllər sonrakı vərəqə keçdikdə, yuxarıda qeyd olunan ölçülər saxlanılmalıdır.

İstinadlar

Kitaba istinad:

Çoxcildli nəşrlər

Müəllif (soyadı, inisialları). Əsərin adı: [cildlərin sayı] / Müəllifin inisialları, soyadı. – şəhər: nəşriyyat, – cildin nömrəsi. ‒ nəşr ili. – həcmi.

Əsərin adı / Red. hey. və b. ‒ şəhər: nəşriyyat, ‒ cildin nömrəsi. ‒ nəşr ili. – həcmi.

Əliyev, H.Ə. Müstəqilliyimiz əbədidir: [46 cilddə] / H.Əliyev. – Bakı: Azərnəşr, – c. 45. – 2013. – 384 s.

Azərbaycan Milli Ensiklopediyası / Red. hey. sədri İ.H.Əliyev. – Bakı: Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, – c. 8: Enollar – Fedin. – 2018. – 598 s.

Большая Российская Энциклопедия: [в 35 томах]. ‒ Москва: Большая российская энциклопедия, – т. 35. – 2017. ‒ 799 с.

Чехов, А.П. Полное собрание сочинений и писем: [в 30 томах] / А.П.Че хов. – Москва: Наука, – т. 18. – 1978. – 528 с.

The New Encyclopaedia Britannica: [in 32 vol.] / ed. R.P.Gwinn. – 15th Edition. - Macropaedia: Knowledge in Depth, – vol. 29. – 1991. – 1121 p.

Encyclopedia of social work: [in 4 vol.] / ed. L.E.Davis, T.Mizrahi. - Oxford: Oxdord Univ. Press, – vol. 4. – 2011. – 564 p.

Müəllifi dörd nəfərədək olan nəşrlər

Bir müəllifli nəşrlər

Müəllif (soyadı, inisialları) Əsərin adı / Müəllif (inisiallar, soyadı). ‒ şəhər: nəşriyyat, ‒ nəşr ili. – həcmi.

Mehdiyev, R. Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında / R.Mehdiyev. ‒ Bakı: Şərq-Qərb, – 2019. ‒ 232 s.

Imanquliyeva, A. Məqalələr və tərcümələr / A.İmanquliyeva, tərt. ed., V.Cəfər. – Bakı: Bakı Çap Evi, – 2010. – 488 s.

Nagiev, T.M. Coherent Synchronized Oxidation reactions by Hydrogen Peroxide. – Amsterdam: Elsevier, – 2007. – 340 p

İki və üç müəllifli nəşrlər

Birinci müəllif (soyadı, inisialları) Əsərin adı / Müəlliflər (inisialları, soyadları); ‒ şəhər (iki şəhər olduqda hər ikisi qeyd olunmalıdır): nəşriyyat, ‒ nəşr ili. – həcmi.

Paşayev, A.M. Atmosfer proseslərinin fiziki əsasları. Dərslik. / A.M.Paşayev, H.İ.Quliyev, S.H.Səfərov – Bakı: Nafta-Press, – 2007. – 416 s.

Мирзаджанзаде, А.Х. Физика нефтяного и газового пласта / А.Х. Мирзаджанзаде, И.М.Аметов, А.Г.Ковалев, – Москва; Ижевск: Институт компьютерных исследований, – 2005. – 280 с.

 

Пашаев, А. Физические основы атмосферных процессов. Учебник. / А.М. Пашаев, Х.И. Гулиев, С.Х. Сафаров - Баку: Нафта-Пресс, - 2007. - 416 с.

Müəllifi dörd və daha çox olan nəşrlər

Dörd və beş müəllifli nəşrlər

Əsərin adı / üç müəllifin inisialları, soyadları [və b.]. ‒ şəhər: nəşriyyat, nəşriyyat yoxdursa [n.y.], ‒ nəşr ili. – həcmi.

Elektron qurğularının əsasları: ali məktəblərin texniki ixtisaslarının tələbələri üçün dərslik / A.M.Paşayev, A.R.Həsənov, İ.Ə.İsgəndərov [və b.] – Bakı: Milli Aviasiya Akademiyası, – 2014. – 312 s.

Mərkəzi Nəbatat bağının bələdçi kitabçası / O.V.İbadlı, Ü.M.Ağamirov, N.B.Hüseynova [və b.] . – Bakı: [n. y.], – 2003. – 56 s

Beşdən çox müəllifli nəşrlər

Əsərin adı / Birinci müəllifin (inisialları, soyadı) [və b.]. ‒ şəhər: nəşriyyat, ‒ nəşr ili. – həcmi.

İntellektual sistemlərin qurulma prinsipləri və layihələndirilməsi / R.Ə.Əliyev [və b.]. – Bakı: Nərgiz, – 2005. – 368 s

Jurnal məqalələri

Müəllif (soyadı, inisialları) Əsərin adı // ‒ şəhər: jurnalın adı, ‒ nəşr ili. Cildin nömrəsi, jurnalın nömrəsi, ‒ s.

Həbibbəyli, İ.Ə. Maarifçilik və realizm // – Bakı: Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri, Humanitar elmlər seriyası, – 2018. №1, – s. 3-10.

Huseynova, I.M. Photosynthetic characteristics and enzymatic antioxidant capacity of leaves from wheat cultivars exposed to drought // Biochimico et Biophysica Acta, – 2012, 1817 (8), – p. 1516-1523.

Müəllifi üçdən çox olan jurnal məqalələri

Birinci müəllifin soyadı, inisialları. Əsərin adı / Üç müəllifin inisialları və soyadları [və b.] // Jurnalın adı, ‒ şəhər: ‒ nəşr ili. Cildin nömrəsi, jurnalın nömrəsi, ‒ s.

Rüstəmov,Q.Ə. Vibrasiyalı kəsmə prosesində müqavimət momenti dəyişməsinin tədqiqi / Q.Ə.Rüstəmov, İ.A.Yolçuyev, Ə.T.Həzərxanov [və b.] // Milli Aviasiya Akademiyasının Elmi Əsərləri, – Bakı: – 2005. №1, – s. 80-86.

Юсифзаде, Х.Б. Азербайджан – пионер отечественной морской геофизики / Х.Б.Юсифзаде, Ф.Г.Рагимханов, Д.Х.Бабаев [и др.] // Азербайджанское Нефтяное Хозяйство, – Баку: – 1982. №2, ‒ с. 45.

Aliyev, J.A. High-dose-rate interstitial brachytherapy for accelerated partial breast irradiation – trial results of Azerbaijan National Center of Oncology / Jamil Aliyev, Isa Isayev, Kamal Akbarov [et al.] // Journal of Contemporary Brachytherapy, – 2017. Apr; 9. – p.106-111

Konfrans materialları

Müəllif (soyadı, inisialları) Məruzənin adı // konfransın adı, ‒ şəhər: nəşriyyatın adı, – tarixi, – nəşr ili, – s.

Абдуллаев, С.К., Карамалиев, Н.Р. Весовые оценки сингулярных, слабо сингулярных интегралов, максимальных и дробно максимальных функций, ассоциированных обобщенным сдвигом // Труды IV Международного симпозиума «Ряды Фурье и их приложения», – Ростов-наДону: – 28 мая – 3 июня, – 2006, – с. 44-52.

Gatys, L.A., Ecker, A.S., Bethge, M. Image style transfer using convolutional neural networks // IEEE Conference on Computer Vision and Pattern Recognition. Las Vegas, Nevada, USA, – 2016, – p. 2414-2423.

Dissertasiyalar

Müəllif (soyadı, inisialları). Dissertasiyanın adı: / iddia olunan elm sahəsi göstərilməklə elmi dərəcə, dis./ – şəhər, il. – həcmi

Səfərov, E.S. Xəzər dənizinin səviyyə tərəddüdlərinin məsafədən zondlama üsulları ilə tədqiqi: / coğrafiya üzrə fəlsəfə doktoru dis. / – Bakı, 2018. – 151 s.

Dissertasiyanın avtoreferatı

Müəllif (soyadı, inisialları), əsərin və ya sənədin adı: [Elekrton resurs] / mənbə. – şəhər, nəşr ili. – elektron daşıyıcı (CD. DVD, audio-kasset, audio-kitab, videofilm) və ya internet ünvanı

Меликов, A. Легенда о любви [Звукозапись] / – Баку, 1994. – CD-ROM.

Azərbaycan etnik musiqisi: [Elektron resurs] / tərt. ed. T.Məmmədov və b.; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. – Bakı, 2006. – DVD+; 13 sm.

Gleason, E. A. Viewpoint: Soft Metal Gains Hulk-Like Strength: [Electronic resource] / Physics 12, 125. – November 11, 2019.URL: URL: https://physics.aps.org/articles/v12/125

Təsviri materiallar

Müəllif (soyadı, inisialları) və ya əsərin adı [əsərin növü] / Müəllif (inisialları, soyadı); mənbə. ‒ şəhər: nəşriyyat, – nəşr ili. – həcmi.

Azərbaycan - Ana Vətən [İzomaterial] / Kamil Nəcəfzadənin əsərlərinin sərgisi; Azərbaycan Rəssamlar İttifaqı. – Bakı: Azərbaycan, – 1992. – 15 s.

Kartoqrafik nəşrlər: Xəritələr Atlaslar

Müəllif (soyadı, inisialları) əgər varsa, əsərin adı [nəşrin növü] /miqyas / ‒ şəhər: nəşriyyat, – nəşr ili. – həcmi.

Azərbaycan Respublikasının Milli Atlası [Xəritə] / – Bakı: Bakı Kartoqrafiya fabriki, – 2014. – 444 s.

Dünyanın fiziki xəritəsi [Xəritə] / 1:50 000 000 / – Bakı: Bakı Kartoqrafiya fabriki, – 2005. – 1 v.

Notlar

Müəllif (soyadı, inisialları) əgər varsa, əsərin adı [Notlar]: / Klavir, partitura və s. – şəhər: nəşriyyat, – nəşr ili. – həcmi.

Hacıbəyli, Ü. Leyli və Məcnun operası [Notlar]: / Klavir. – Bakı: İşıq, – 1984. – 240 s.

Караев, К.А. Третья симфония для камерного оркестра [Ноты]: – Москва: Советский композитор, – 1968. – 110 с.

Patentlər

Müəllif (soyadı, inisialları), Patentin adı, növü və nömrəsi, ölkə / Müəllif (soyadı, inisialları) [və b.]: nəşriyyat, – nəşr ili, – nömrəsi

Səfərov, A.R., 1,4 – Butandiolun alınma üsulu, İxtira i2017 0005, Azərbaycan Respublikası / Əliyev A.M., Əliyev F.V., Mətiyev K.İ. [və b.].

Курочкин, А.С., Схема сверхглубокой очистки энергетических масел и внутренних поверхностей маслонаполненного оборудования, Патент на полезную модель № 94173, Российская Федерация / Любимов А.Ф. – 2010.

Normativ-hüquqi sənədlər

Rəsmi sənədin adı // qəbul edilməsi və dəyişikliklər haqqında məlumat. ‒ şəhər: nəşriyyat, ‒ nəşr ili. – həcmi.

Azərbaycan Respublikasının Konstitusiyası // 12 noyabr 1995-ci ildə qəbul edilmişdir (24 avqust 2002-ci il tarixdə olan dəyişiklik və əlavələr). – Bakı: Qanun, – 2002, – 48 s.

Международная конвенция об охране нематериального культурного наследия // Организация Объединенных Наций по вопросам образования, науки и культуры. – Париж: ЮНЕСКО, – 2011. – VII, – 103 с.

Qəzet məqalələri

Müəllif (soyadı, inisialları). Məqalənin adı // nəşrin adı. – nəşr ili, tarixi. – s.

Abdullayev, F. Azərbaycanı Respublikası Konstitusiyasının qəbul edilməsindən 24 il keçir // Respublika. – 2019, 9 noyabr. – s. 2.

Arxiv materialları

Sənədin adı // arxivin adı, fondun, siyahının, işin nömrələri, vərəqlərin sayı.

Xarici İşlər naziri Məhəmməd Həsən Hacınskinin məruzəsi (Gənсə: 15 iyul 1918-ci il) // Azərbaycan Respublikası Dövlət Arxivi, Fond № 1061, siyahı №1, iş № 95, vərəq – 1.

 

 

Təqdim olunan sənədin siyahısı:

Bu siyahı, məqalə çapa göndərilməzdən əvvəl yoxlanmalıdır.

  • E‐poçt ünvanı
  • Tam poçt ünvanı
  • Telefon və faks nömrələri
  • Bütün lazımi fayllar yüklənib?!
  • Açar sözlər
  • Bütün şəkil alt yazıları
  • Bütün cədvəllər (başlıq, təsvir, alt qeydlər daxil olmaqla
  • Məqalə orfoqrafik və qramatik cəhətdən yoxlanılıb?!
  • Bu jurnal üçün istinadlar düzgün formadadır?!
  • İstinad siyahısında qeyd olunan bütün istinadlar mətndə əks edilib və ya tərsinə
  • Digər mənbədən müəlliflik hüququ ilə qorunan materiallardan istifadə üçün icazə alınıb (veb daxil olmaqla)?!

Korrekturalar

Bir dəst korrekturalar (PDF faylı kimi) e-poçt vasitəsilə yazışma aparan müəllifə göndəriləcək və ya müəllifin özü tərəfindən yüklənməsi üçün e-poçtda link təmin ediləcəkdir. Sətir nömrələrinə istinad etməklə düzəlişlərinizi ardıcıl şəkildə göstərin. Bu hər hansı bir səbəbdən mümkün olmadığı təqdirdə, düzəlişlərinizi korrekturanızın çap nüsxəsində göstərin və səhifələri scan etməklə veb sayta yerləşdirin.

Çap

Müəllif təmənnasız məqaləsinin PDF faylını vebdən əldə edəcəkdir.